Xəzər Xəbər

Taksi ilə bağlı yeni tələblər ağ və qırmızı rəngli avtomobillərə marağı ARTIRDI VİDEO

Veb TV | 21:15 • 31 Mart 2024
Taksi ilə bağlı yeni tələblər ağ və qırmızı rəngli avtomobillərə marağı ARTIRDI

Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilsə də, artıq bu rəngdə olan avtomobillərə tələbat artıb.

Xerzerxeber.az xəbər verir ki, nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, sözügedən avtobillərin qiymətində də artım qaçılmaz olacaq. Hətta indiki bazarda bu qiymət artımı özünü müəyyən qədər göstərir.

Yeni qərardan sonra ölkəyə gətirilən avtomobillər arasında da mühərrik həcmi kiçik olan qırmızı rəngli avtomobillərin də sifariş sayında artım müşahidə olunur.

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli onu da əlavə edib ki, qırmızı rəngi avtomobil sifarişləri ümumi satışın 5-7 faizini təşkil edirdisə, indi 15-17 faizini təşkil edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti