Xəzər Xəbər

Ermənistanın Azərbaycanla şərti sərhəddə qoşun yığmasının TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:30 • 31 Mart 2024
Ermənistanın Azərbaycanla şərti sərhəddə qoşun yığmasının TƏFƏRRÜATLARI

Ermənistan Azərbaycanla şərti sərhəddə qoşun yığdığı xəbərləri yayılıb.

Xezerxeber.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Ekspertlər hesab edir ki, Ermənistan tərəfinin bu addımı gələcək təxribat planı kimi qiymətləndirilməlidir. Çünki biz əvvəllər də Ermənistanın Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edərək təxribatlar törətdiyinin şahidi olmuşuq.

Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistan tərəfinin təxribatları heç vaxt onlar üçün uğurla nəticələnməyib.

Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə, yalan məlumatlar yayır və diqqəti öz üzərindən yayındırmağa çalışır.

Hərbi ekspert bildirib ki, Ermənistan müxtəlif qərb dairələrindən aldığı tapşırıqları bir kənara qoyub öhdəliklərini yerinə yetirmiş olsa, həm öz milli maraqları, həm də gələcəyi baxımından düzgün qərar vermiş olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti