Xəzər Xəbər

Sumqayıtda dəniz qırağında meyiti tapılan azyaşlı ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 20:50 • 31 Mart 2024
Sumqayıtda dəniz qırağında meyiti tapılan azyaşlı ilə bağlı TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, Sumqayıtda dəniz kənarından uşaq meyiti tapılıb.

Meyiti ərazidən keçən sakinlər görüb və polisə məlumat veriblər. Əraziyə dərhal hüquq-mühafizə əməkdaşları cəlb edilib.

Araşdırma zamanı meyitin 1 yaş altı aylıq Zeynəb Yeşilə aid olduğu məlum olub. Meyit ərazidən götürülüb. Ölən uşağın nənəsi iddia edib ki, Zeynəb sonuncu dəfə öz atası ilə evdən çıxıb. Onun atası  Türkiyə vətəndaşıdır.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar