Xəzər Xəbər

Xocalı şəhidləri DƏFN EDİLDİ VİDEO

Veb TV | 20:40 • 31 Mart 2024
Xocalı şəhidləri DƏFN EDİLDİ

Xocalıda kütləvi məzarlıqda qalıqları aşkarlanan şəhidlər elə Xocalıda da dəfn edildi.

Xezerxeber.az xəbər verir ki, şəhidlərlə əvvəlcə vida mərasimi keçirilib. Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutan mərasimdə Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları qeyri hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəxsiyyətləri dəqiqləşdirilmiş qalıqlar Xocalı şəhərinə yola salınıb və burada dəfn ediliblər.

Xatırladaq ki, bu şəhidlərin qalıqları  Xocalı şəhərinin mərkəzində aparılan abadlaşdırma işləri zamanı tapılan ikinci kütləvi məzarlıqda  aşkarlanıb  və şəxsiyyətləri dəqiqləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar