Xəzər Xəbər

Xocalida daha iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar AŞKARLANIB VİDEO

Veb TV | 20:30 • 31 Mart 2024
Xocalida daha iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar AŞKARLANIB

Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, Qaladərəsi adlanan ərazidə aşkarlanan Məzarlıqda qazıntı işləri davam etdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib ki, hər iki şəxsin sümükləri qablaşdırılaraq Bakıya - Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək.

Növbəti mərhələlərdə isə onların hansısa işgəncələrə məruz qalıb-qalmamaları müəyyənləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti