Xocalı rayonunun Meşəli kəndində 1991-ci ilin dekabrında ermənilər tərəfindən törədilmiş qətliamla bağlı yeni görüntülər yayılıb.
"Xəzər Xəbər"in əldə etdiyi fotoşəkilərdə yandırılan, dağıdılan evlər, külli miqdarda dəymiş ziyan, mərmi qalıqları və s. görüntülər əks olunub.
Xezerxeber.az-ın məlumatına görə, Meşəli qətliamında ermənilərin hücumu zamanı kəndin 30-a yaxın sakini şəhid olub.
Mövzu ilə bağlı danışan Baş Prokurorluğun İstintaq idarəsinin xüsusi və ümumi işlər üzrə böyük müstəntiqi Rövşən Yusifovun sözlərinə görə, ermənilər 1988-ci ildən başlayaraq müxtəlif vaxtlarda Meşəli kəndinə hücumlar təşkil edib. Lakin 1991-ci dekabrında baş verənlər digər hücumlardan ən dəhşətlisi idi.
Meşəli soyqırımının törədilməsində 9 nəfərin iştirak etdiyi müəyyənləşdirilib. Onlardan biri artıq öz layiqli cəzasını çəkməkdədir.
Meşəlidə soyqırımı törədən digər şəxslər barəsində isə başladılmış cinayət işləri üzrə hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.