Xəzər Xəbər

Taksilərə kamera quraşdırılması birmənalı qarşılanmır VİDEO

Veb TV | 20:39 • 30 Mart 2024
Taksilərə kamera quraşdırılması birmənalı qarşılanmır

Taksi nəqliyyat vasitələrinə quraşdırılan video registrator bütün salonu əhatə etməli  və qeydə aldığı məlumatlar ən azı 15 gün saxlanmalıdır. Yeni qaydalara əsasən, taksi fəaliyyəti sahəsində bir sıra yeniliklər olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bəzi vətəndaşlar isə avtomobilin salonunun çəkilməsini düzgün olmadığını düşünürlər.

Vətəndaşlar deyirlər ki, onların şəxsi danışıqları və digər məsələlər sürücü və ya taksi fəaliyyətini həyata keçirən şirkət tərəfindən yayımlana bilər.

Bəzi vətəndaşlar isə bu fikirdədirlər ki, son zamanlar taksi sürücüləri ilə bağlı narazılıqlar tez-tez olur. Aidiyyəti qurumlara şikayət etdikdə isə kimin haqlı, kimin haqsız olmasını sübut etmək olmurdu. Videogörüntülər imkan verəcək ki, mübahisəli məsələlər həll edilsin.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər" bildirilib ki, şəxsi məlumatların yayılması cinayət məsuliyyəti yaradan haldır.

Qanunvericiliyə əsasən isə görüntülərin toplandığı bazadan məlumat xüsusi sorğu əsasında aidiyyəti qurumlara təqdim edilə bilər. Digər hallarda yayılması qadağandır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar