Bərdədə canavar təsərrüfata hücum edib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Tumaslı kəndində, Rza Hüseynova məxsus təsərrüfatda baş verib.
Təsərrüfat sahibi bildirib ki, baş vermiş hadisə nəticəsində ona 10 min manata yaxın ziyan dəyib.
Rayon Baytarlıq İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.