Xəzər Xəbər

Azərbaycanda qanunvericilik avtomobili hansı formada "tuninq" etməyə icazə verir? - ARAŞDIRMA VİDEO

Veb TV | 21:40 • 29 Mart 2024
Azərbaycanda qanunvericilik avtomobili hansı formada "tuninq" etməyə icazə verir? - ARAŞDIRMA

Son vaxtlar avtomobillərini tuninq  edənlərin sayı  artıb.

Bəzi hallarda bu məsələyə görə, sürücülər ilə yol polisləri arasında mübahisələr yaşanır.

Bəs görəsən qanunvericilik, avtomobil detallarının hansı formada dəyişdirilməsinə icazə verir?

Məsələni araşdırmaq üçün əvvəlcə üz tutduq paytaxtda yerləşən təmir sexlərindən birinə...

Usta  Emin Cabbarov deyir ki, nəqliyyat vasitələrinə öz modelinin yeni istehsal edilmiş və  ya fərqli formalı detalını quraşdırırlar. Burada əsas olan müəyyən normativlərin gözlənilməsidir.

Emin Cabbarovun sözlərinə görə, əgər avtomobil geniş anlamda tuning edilirsə bu zaman mühərrik və salonda müəyyən dəyişikliklər aparılır.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev hesab edir ki, istismarda olan bütün nəqliyyat vasitələri normativ texniki tələblərə cavab verməlidir. Bəzən edilən konstruksiya dəyişiklikləri baş verən yol qəzaları zamanı qəzanın ağırlıq dərəcəsinin artmasına səbəb olur.

Mübariz Ağayev onu da bildirib ki, nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirildikə, həmin pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsini idarə etmədən kənarlaşdırılırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar