Xəzər Xəbər

Binəqədidə binanın zirzəmisi su ilə dolub və təhlükəli vəziyyət yaranıb VİDEO

Veb TV | 20:55 • 26 Mart 2024
Binəqədidə binanın zirzəmisi su ilə dolub və təhlükəli vəziyyət yaranıb

Binəqədi rayonu, Abay Kunanbayev 76 ünvanında yerləşən binanın zirzəmisi çirkab su ilə dolub, üfunət ətrafı bürüyüb. Zirzəmiyə dolan su binada təhlükəli vəziyyət də yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, illərdir, çirkab suları binanın zirzəmisinə axıdılır.

Onların sözlərinə görə, indiyə qədər bəzi borular bir neçə dəfə müvəqqəti olaraq əvəzlənib, amma problemin birdəfəlik həlli üçün bütün boruların dəyişdirilməsinə ehtiyac var.

Məsələ ilə bağlı Binəqədi rayon Sukanal İdarəsinin baş  mühəndisi Nemət İbrahimov bildirdi ki, problemdən xəbərdardırlar. Onun sözlərinə görə, sözügedən boru xətti yaxın keçmişdə təmir olunub. Hazırda boru tutulub və problemin aradan qaldırılması üçün iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar