Xəzər Xəbər

İntensiv yağıntı nəticəsində Azərbaycanın su anbarları dolub VİDEO

Veb TV | 20:38 • 26 Mart 2024
İntensiv yağıntı nəticəsində Azərbaycanın su anbarları dolub

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam dolub.

Xezerxeber.az-ın məlumatına görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

Sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

Ekoloq Rövşən Abbasov bildirib ki, bu il yağıntının miqdarı ötən ilə nisbətən çoxdur. Bu səbəbdən də tam dolan təkcə Göytəpə su anbarı deyil. Onun sözlərinə görə, Pirsaat su anbarı da dolub. Digər su anbarlarında da vəziyyət yaxşıdır.

Rövşən Abbasovun sözlərinə görə, yağıntının bol olması kənd təsərrüfatına da faydalı olacaq.

Ekoloq hesab edir ki, düşən yağıntının miqdarı bu templə davam edərsə, Volqa çayında da sululuq artacaq və bu da Xəzər dənizində suyun səviyyəsinin azalmasının müəyyən qədər qarşısını ala bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar