Bakının Binəqədi rayonu, “Mədən - 2” adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.
Xezerxeber.az-ın məlumatına görə, ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.
Təhlükəli vəziyyətlə üz-üzə qaldığını deyən ev sahibi ailəsinin başqa əraziyə köçürülməsini istəyir. Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticəsilə bağlı məlumat verilməyib.
Rövşən Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.