Xəzər Xəbər

Bakıda taksi sayının azaldılması təklifi dəstəklənmir VİDEO

Veb TV | 19:50 • 26 Mart 2024
Bakıda taksi sayının azaldılması təklifi dəstəklənmir

Bakıda taksi sayının azaldılması təklif edilir.

Amma ekspertlər isə bu təklifi məqbul hesab etmirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu günlərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən ictimai dinləmədə demişdi ki, paytaxtda 60 mindən çox taksi var. Bakının isə adam sayı nəzərə alınmaqla cəmi 20 min civarında taksiyə ehtiyacı var. Nazir müavini nəqliyyat yükünün azaldılması üçün taksi sayının azaldılmasına ehtiyac olduğunu bildirmişdi. Ancaq ekspertlər buna birmənalı yanaşmırlar. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, əksinə, bu gün paytaxtda taksiyə böyük tələbat var.

Nəqliyyat eksperti taksi xidmətinə tələbatın çox olmasının səbəbini ictimai nəqliyyatdakı problemlərlə əlaqələndirir.

O hesab edir ki, paytaxtın nəqliyyat yükünü azaltmaq, uzun tıxacların qarşısını almaq üçün ictimai nəqliyyatın inkişafı birinci amildir. Yəni ictimai nəqliyyatda xidmət keyfiyyəti, metrostansiyaların və avtobusların sayı artırılmalıdır ki, taksiyə tələbat daha da azalsın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar