Xəzər Xəbər

Ailəsi soyqırıma məruz qalan Xocalı sakini öz evinin tikintisində iştirak edir VİDEO

Veb TV | 21:15 • 10 Mart 2024
Ailəsi soyqırıma məruz qalan Xocalı sakini öz evinin tikintisində iştirak edir

Ailə üzvləri soyqırıma məruz qalan Xocalı sakini hazırda toğma torpağında özünün və qardaşlarının mənzilinin tikintisində iştirak edir.

Xezerxeber.az-ın məlumatına görə, Xocalıdan ayrılanda Sovet Allahverdiyevin 38 yaşında olub. Soyqrım gecəsi o da atasını, qardaşlarını itirb. İndi isə kədəri, sevinci ilə bərabər doğma yurduna qovuşub.

Soyqrımı gecəsi ailə üzvlərini itirən Sovet Allahverdiyev indi özünün və qardaşlarının mənzilinin tikintisində iştirak edir, yenidən qurulan Xocalıda bələdçi kimi  işləyir. Öz evi ilə yanaşı, həmyerlilərinin də evinin yerinin müəyyən olunmasında tikintiyə məsul şirkətlərə yaxından kömək edir. Deyir ki, ermənilər təkcə evləri deyil, hətta həyətdəki ağacları belə məhv ediblər.

Sovet Allahverdiyev indi öz həyəti ilə yanaşı, şəhid qardaşlarının da həyətində səliqə -sahman yaratmağa çalışır. O deyir ki, doğma torpağında hər şeyi öz əllərilə yenidən qurmaq istəyir.

Böyük həvəslə həyətini göstərən Sovet Allahverdiyev deyir ki, köhnə Xocalı olmayacaq. Yerində Günəşin işğından ilham alan yeni bir şəhər salınacaq. Bu şəhəri əllərimizlə quracağıq. Quracıyıq ki, Xocalının ruhu da şad olsun!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar