Xəzər Xəbər

Ermənistan sülhdən yayınmaq üçün bəhanələr axtarır VİDEO

Veb TV | 21:31 • 10 Mart 2024
Ermənistan sülhdən yayınmaq üçün bəhanələr axtarır

Azərbaycan özünün işğal altında olan 4 eksklav kəndinin azad olunmasını tələb edir. Bu 4  kənd mübahisəsiz Azərbaycana məxsusdur.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü millət vəkili Elşad Mirbəşir deyir ki, son vaxtlar erməni mediasında Ermənistanın 31 kəndinə məxsus torpaqların guya Azərbaycanın "işğalı altında" olması barədə yanlış informasiya yayılır. Ermənistan bu məsələləri süni şəkildə gündəmə gətirməklə sülh sazişi ilə bağlı danışıqlardan yayınmağa çalışır.

Millət vəkilinin sözlərinə görə, Ermənistan əlavə bəhanələr gətirməkdən və sülh danışıqlarına mane olmaqdansa, Azərbaycanın 4 kəndini azad etməlidir.

"Ermənistan Azərbaycanın bu kəndlərini işğaldan azad etməklə ölkəmizin ərazi bütövlüyünü tanıdığını praktiki addımlarla nümayiş etdirmiş olacaq", - deyə deputat vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar