Bakıda qətl hadisəsi törədilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, 169 nömrəli məktəbin yaxınlığında baş verib.
Dünən saat 21:30 radələrində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. İlkin istintaqla müəyyən edilib ki, əvvəllər ədavəti olan şəxsin Səbuhi Əhmədovla aylar əvvəl mübahisəsi olub. Dünən isə evindən marketə qədər Səbuhini izləyiblər.
Qeyd edək ki, hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.