Sığınacaqda qalan uşaqdan istifadə edilərək “Tik-Tok”da pul yığılıb.
Xezerxeber.az xəbər verir ki, belə bir iddia ilə Bakı sakini Şəlalə Mürsəlova çıxış edib. O, "Sevgi Evi "qadın və Uşaq sığınacağında uşağına işğəncə verildiyini deyir.
Şəlalə Mürsəlova bildirir ki, ötən ilin dekabr ayından uşağı sığınacaqdan götürüb. Bundan sonra, uşağı ilə bağlı ona “Tik-Tok” sosial şəbəkəsindən xəbər veriblər.
Məsələ ilə bağlı Sevgi Evi qadın və Uşaq sığınacağından bildirildi ki, şənbə və bazar günləri müdiriyyət işləmir. Sonra isə sığınacağın tabe olduğu "Könüldə Nur" kimsəsizlərin və xüsusi qayğıya ehtiyyacı olanların sosial inkişafına dəstək İctimai Birliyinin sədri Könül Qasımova ilə telefon vasitəsilə əlaqə saxlanılıb.
O ittihamları rədd etdi.
Könül Qasımova “Tik-Tok”da uşağın adına pul yığmaq ittihamını da rədd edərək bildirdi ki, sığınacaq ianələr hesabına ehtiyyaclarını ödəyir.
Hər iki tərəf məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirdilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.