Xəzər Xəbər

Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD VİDEO

Veb TV | 22:00 • 9 Mart 2024
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD

Polis avtobus zolağını zəbt edən avtomobillərin fotosunu çəkə-çəkə gedir. Ardınca isə protokol tərtib edilir.

Xezerxeber.az xəbər verirk ki, dəfələrlə edilən xəbərdarlıq və cərimələrə baxmayaraq hələ də avtobus zolağı və dayanacağını zəbt edən sürücülərə rast gəlinir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları səhər saatlarında şəhər ərazisində reyd keçiriblər. Metronun ''Əhmədli'' stansiyasının qarşısında dayanacağı zəbt edən sürücülər cərimə ediliblər.

Məhəmməd Hadi küçəsində avtobusların rahat hərəkəti üçün çəkilən zolağa daxil olan sürücülər də aşkar edildikcə cərimələniblər. Yol polisi avtobus zolağında park edilən nəqliyyat vasitələrinin fotosunu çəkərək onları da cərimə edib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirlinin sözlərinə görə, təhillər göstərir ki, zolağa daxil olan sürücülər ictimai nəqliyyatın rahat və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.

Bildirilib ki, belə tədbirlər şəhər ərazisində mütəmadi olaraq davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar