Daşıma həyata keçirən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vəsitələrinin sürücüləri cərimələnəcəklər. Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı xəbərdarlıq edib.
İdarənin inspektoru Elvin Hacıyev "Xəzər Xəbər"ə bildirib ki, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda qanunsuz sərnişin və yük daşımaları həyata keçirilir. Bu da leqal daşıyıcıların effektivliyinə mənfi təsir edir.
Elvin Hacıyev qeyd edib ki, bu cür vəziyyətin qarşınının alınması üçün qanunamüvafiq addımlar atılır.
Baş Dövlət Yol Polisi İdarəsi belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etməyə çağırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.