Xəzər Xəbər

Sosial şəbəkələrdə gündəm olan görüntülərə RƏSMİ CAVAB VİDEO

Veb TV | 20:15 • 9 Mart 2024
Sosial şəbəkələrdə gündəm olan görüntülərə RƏSMİ CAVAB

Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarından birinin sürücüsü qayda pozaraq sərnişinlərin həyatını təhlükəyə atıb.

Xezerxeber.az xəbər verir ki, görüntüləri sərnişinlərdən biri çəkib. Video qısa zamanda sosial şəbəkələrdə gündəm olub.

Araşdırmalar nəticəsində həmin şəxsin "BakuBus" MMC-yə məxsus 211 nömrəli marşrut xəttindəki avtobusun sürücüsü Ceyhun Camalov olduğu müəyyən edilib. Artıq sürücü ilə bağlı lazımi tədbirlər görülüb.

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsi də daşıyıcı şirkətə xəbərdarlıq edib.

Ekspertlər də bildirir ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etmək sürücünün diqqətinin yayınmasına və qəza riskinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır.

İctimai nəqliyyatda isə bu cür hərəkətlər başqalarının da həyatını təhlükəyə atdığından belə sürücülər cəzalandırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti