Qərb ölkələrində İslamofobiya artıb. Mübarizə tədbirləri isə gücləndirilməlidir.
Xəbər verdiyimiz kimi, bunu Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib. O bildirib ki, dini və irqi ayrı-seçkilik ən böyük ikili standartdır.
O da vurğulanıb ki, Qərb ölkələrində islamofobiyaya qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə çıxışında islamofobiya ilə bağlı vəziyyətin daha da pisləşdiyini diqqətə çatdırıb.
Ümumiyyətlə Avropanın bir çox ölkəsində müsəlmanlara təhdid mənbəyi kimi yanaşırlar..
İslamofobiya ilə əlaqədar monoqrafiya müəllifi, britaniyalı ekspert Mohammed Sadek Hamid qeyd edib ki, biz müsəlmanlar nələrin baş verdiyindən xəbərdarıq. Bu mənada, məsələnin kökünə varmalı, həlli istiqamətində addımlar atmalıyıq
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.