Azərbaycanda kənar qüvvələrin təsiri ilə manipulyasiyalar aparan, Qərb dairələrinin maraqlarına xidmət edən QHT və media qurumlarının hər biri yoxlanılmalıdır.
Bunu "Xəzər Xəbər"ə açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Politoloq bildirib ki, Qərb dairələri və ABŞ bir çox ölkələrdə öz maraqlarını diqtə etmək üçün vasitələr saxlayırlar. Bu təsisatlar kənar maliyyə hesabına ayaqda qalsalar da, şəffalıqları şübhə altındadır.
Yeganə Hacıyeva vurğulayıb ki, Qərb ölkələrinin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Bəzilərinin xüsusi canfəşanlıq etməsinin isə səbəbləri var.
Siyasi şərhçi bildirib ki, son günlər "Toplum TV"də aparılan araşdırmalar da onun qeyri-şəffaf fəaliyyətindəki əsaslı şübhələrlə bağlıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.