Xəzər Xəbər

"TikTok"a məhdudiyyətlər qoyulmalıdırmı? VİDEO

Veb TV | 20:23 • 8 Mart 2024
"TikTok"a məhdudiyyətlər qoyulmalıdırmı?

Milyonlarla istifadəçisi olan və ölkəmizdə də populyarlığını günü-gündən artıran “TikTok” sosial media tətbiqi ilə bağlı hər gün tükürpərdici xəbərlər yayılır.

Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər “TikTok” tətbiqinin zorakılıq, seksuallıq, narahatedici çılpaqlıq, narkotik istifadəsini təşviq edən, kiber təqib və cinsi sui-istifadə kimi hallarda təşviqedici rol oynadığını vurğulayırlar.

Xüsusən də son zamanlar valideynlərin canlı yayımda pul qazanmaq üçün uşaqlarından istifadə etməsi ciddi narahatlıq doğurur. Onlar pul qazanmaq üçün bəzi xoşagəlməz davranış nümunələri göstərir və milli-mənəvi və əxlaqi dəyərlərə məhəl qoymurlar.

Bu isə "TikTok"a məhdudiyyətlər qoyulmasını yenidən gündəmə gətirir.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, Çin özünün yaratdığı "TikTok"dan uşaqlarını qoruyur. Çində hətta böyüklər 22:00-dan sonra sözügedən platformaya daxil ola bilmirlər.

Sosioloq deyir ki, sosial şəbəkələrdən istifadə qaydası qanunvericiliklə tənzimlənməlidir. 

Qeyd edək ki, Böyük Britaniya, Yeni Zellandiya, Danimarka, Əfqanıstan "TikTok"un dövlət elektron cihazlarında istifadəsini qadağan edib. İki gün öncə ABŞ Konqresi də "TikTok"u qadağan edən qanun layihəsi hazırladığını açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Çox oxunanlar