Son vaxtlar "Waze" naviqator proqramının sürücülərə yanlış istiqamət təqdim etdiyi barədə məlumatlar yayılır.
Xezerxeber.az-ın məlumatına görə, bu tətbiqdən istifadə edən sürücülər iddia edirlər ki, son günlər proqram onları aldadır.
Xüsusən də “giriş qadağandır” nişanını sanki həmin proqram tanımır. O proqram vasitəsi ilə hərəkətə üstünlük verən sürücülər bir çox hallarda cərimə edilirlər.
Qeyd edək ki, "Waze" naviqator proqramı sürücülərə nəqliyyat axınını real vaxt rejmində izləməyə imkan verir, sürət və ən əsası xüsusi texniki vasitələrin yerini bildirməkdə kömək edir. Bəs niyə bu proqram sürücülərə yol hərəkətinin təşkilində edilən dəyişikliklər barədə məlumat vermir?
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Azər Əlili hesab edir ki, proqram təminatını yaxşılaşdırmaq üçün sürücülər yenilikləri oraya əlavə etməlidirlər.
Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə "Waze"ə tam arxayın olaraq hərəkət etmək doğru deyil.
Yol hərəkəti qaydaları üzrə ekspertlər isə bildirirlər ki, sürücü belə proqramlardan istifadə edərkən yoldakı nişanlara da diqqət yetirməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.