Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti davam edəcək VİDEO

Veb TV | 21:39 • 8 Mart 2024
Qeyri-sabit hava şəraiti davam edəcək

Ölkədə yağıntılı hava şəraiti müşahidə edilir. Qeyri-sabit hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.

Xezerxeber.az-ın məlumatına görə, Bakıya yağış, bölgələrə qar yağacaq.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru  Gülşad Məmmədova  hava  şəraiti  ilə bağlı son vəziyyəti "Xəzər Xəbər"ə açıqlayıb.

Bildirib ki, ən çox qar Zaqatala rayonunun yüksək ərazilərinə düşüb. Həmçinin, Qubanın Xınalıq kəndində qarın hündürlüyü 6 sm, Qrız kəndində isə 3 sm olub. Bundan əlavə, Qusarın Laza və Həzrə kəndlərinə də qar yağıb.

Bildirilib ki, yaxın 2 gün ərzində martın 9-u və 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Martın 11-i gündüz, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 8-13 dərəcə, dağlıq rayonlarda isə 2 dərəcəyədək isti gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti