Xəzər Xəbər

Ramazan ayı başlayır VİDEO

Veb TV | 19:50 • 8 Mart 2024
Ramazan ayı başlayır

Ramazan ayına sayılı günlər qalıb. İmkanı olanlar oruc tutmağa çalışacaq. Ancaq bəzi insanlar üzrlü səbəblərdən oruc tutmayacaq. İlahiyyatçı həmin şəxslərin ata biləcəyi addımlardan danışıb. 

Xezerxeber.az-ın məlumatına görə, Ramazan həm də əfv, yardım, səmimiyyət, bərəkət, bərabərlik ayıdır.  Sağlamlığı yerində olan, yaşı çatan, orqanizmi yol verən hər bir şəxs oruc tuta bilər.

İlahiyyatçı Mirhəmid Məmmədov deyir ki, bu ayda imkanı olan da ac qalır, olmayan da. İnsanlar Allah hüzurunda eyniləşir. Bu ayda imkanlılar acları yad edib,  onlara əl tuturlar.

Qeyd edək ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib. Ramazan ayı martın 11-i başlayır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti