Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kiyevə gedib.
Xezerxeber.az xəbər verir ki, bu barədə o, "X" hesabında bildirib.
"Mən demokratik dünya üçün həyəcan təbili çalmaq məqsədilə Kiyevdəyəm - biz əmin olmalıyıq ki, Ukrayna bu müharibədə qalib gələcək.
Böyük Britaniya bu günə qədər verdiyimiz ən böyük hərbi dəstək paketi ilə hər zamankından daha çox şey etmək üçün addımlar atıb. İndi hər bir xalq eyni addımı atmalı və azadlığın istibdad üzərində qələbə çalmasını təmin etməlidir. Əgər biz demokratik ölkənin Putin kimi bir diktator tərəfindən ələ keçirilməsinə icazə versək, demokratiya və azadlıq dəyərimiz barədə necə danışa bilərik", nazir bildirib.