Universitetlərdə təhsilalma, bərpa və xaricolunma ilə bağlı yeni qaydalar təsdiqlənib.
Xezerxeber.az-ın xəbərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Əvvəlki qaydalar isə ləğv edilib.
Onun sözlərinə görə, həmçinin ali təhsil müəssələrindən xaricedilmə və xaricolunmadan sonra bərpa prosesindəki müraciətlərlə bağlı da yeniliklər var.
Qeyd edilib ki, təhsil müəssisəsinə bərpaolunma yay və qış tətili dövründə həyata keçiriləcək. Həmçinin təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpaolunma və ya akademik məzuniyyətdən sonra təhsilini davametdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.