Səbaildə oğurluq, dələduzluq və digər cinayət şübhəli bilinən 5 nəfər saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bədirov Kamran və qohumu 26 yaşlı Bədirov Səlim müəyyən edilərək saxlanılıblar.
Keçirilən digər tədbir zamanı bankomatlardan birinin qarşısında 91 yaşlı kişinin bank kartından oğurluq edən, əvvəllər məhkum olunmuş 44 yaşlı Əhmədov Elnur saxlanılıb. E.Əhmədov etibardan sui-istifadə edərək bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən ahıl yaşlı şəxsin 650 manatını ələ keçirib, əvəzində isə zərərçəkənə saxta əskinaslar verib.
Növbəti tədbirlərlə isə üzərində odlu silah-sursat saxlayan, əvvəllər məhkum olunmuş Cavadov Bəxtiyar və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Hümbətov Taleh saxlanılıblar. Cavadov Bəxtiyardan 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron, T.Hümbətovdan isə 1 kiloqram 220 qram heroin, 650 qram marixuana, 120 qram tiryək və 503 qram psixotrop maddə metamfetamin aşkar olunub. faktlarla bağlı araşdırmalar davam etdirilir.
Naxçıvanda isə qrup halında güc tətbiq edərək, video çəkiliş aparan şəxslər həbs edilib. qrup halında Naxçıvan şəhər sakinini bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək, video çəkilişini aparan şəxslər saxlanılıb.şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri, Hüseynov Leysan, Hüseynov Firqət, Quliyev Ülvi, Quliyev Bayram saxlanılaraq istintaq təhvil verilib. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
Bərdədə mal-qara oğurluqları etməkdə şühbəli bilinən dəstə saxlanılıb.
Oğurluq əməllərini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini Rövşən Oruczadə onun tanışları Neftçala rayon sakini Atakişi Əliyev və Bərdə rayon sakini Səbuhi Ələsgərov əvvəlcədən əlbir olaraq bir qrup şəxs halında Bərdə, Tərtər və Neftçala rayonlarından müxtəlif vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvan oğurladıqları məlum olub. Dindirmə zamanı onlar oğurladıqları mal-qaranı satıb əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Hər üç şəxs barəsində Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.