Əvvəllər övladları, indi isə şəhid ailəsinin bütün üzvləri universitetlərdə pulsuz təhsil ala biləcəklər.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü millət vəkili Ceyhun Məmmədov deyir ki, əvvəlki illərdə də bu güzəştlər var idi, lakin indi təkliflər konkret bəndlər üzrədir.
Dəyişiklik məcburi köçkün statusu olan şəxslərə də şamil olunur.
Millət vəkilinin sözlərinə görə, dəyişiklik dövlət ali təhsil müəssisələri ilə yanaşı, özəl universitetlər və ödənişli məktəblərə də aiddir.
"Qərar qəbul edildikdən sonra heç bir universitet bundan imtina edə bilməyəcək. Qanun layihəsinə dəyişikliyin əsas məqsədi isə həmin kateqoriyadan olan şəxslərə dövlət tərəfindən dəstəyin göstərilməsidir",- deyə millət vəkili əlavə edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.