Növbəti aylarda qızılcaya yoluxma ilə bağlı vəziyyətin normallaşacağı proqnozlaşdırılır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, müvafiq səhiyyə qurumları qızılca ilə aktiv mübarizə aparırlar.
İnfeksionistin sözlərinə görə, qızılca keçirən şəxsin əldə etdiyi immunitet kifayət qədər davamlıdır.
Təkrar xəstələnmə çox nadir hallarda baş verir.
Təyyar Eyvazov qeyd edib ki, hazrıda əks-epidemik tədbirlər aktiv şəkildə davam etdirilir. Qızılcaya həssas şəxslər aşkarlanaraq öz müraciətləri əsasında peyvənd olunurlar. O əlavə edib ki, qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.