Bakıda tanışlar arasında düşən dava ağır cinayətə səbəb olub. Onlardan biri digərini bıçaqlayaraq öldürüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
“Qobu Park” yaşayış massivində, 1 nömrəli binanın qarşısında olan hadisədə bir nəfər ölüb.
Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, 18 yaşlı Məzahir Bayramovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanaraq istintaqa cəlb edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.