Kənarları hasarlanıb, qapısı bağlanıb, üzərinə isə iş getməsi ilə bağlı işarə də qoyulub. Bu yol 10 ildən çoxdur ki,bu vəziyyətdədir.
Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonu Xudu Məmmədov küçəsində yerləşən "Həzi Aslanov 2" stansiyasından gedir.
Sakinlərin sözlərinə görə, təmir üçün yolun bağlı olması onların işini çətinləşdirir. Evlərinə getmək istəyənlər yollarını dəyişirlər.
Məsələ ilə bağlı Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, bu stansiyanın tikintisi ilə bağlı hələlik yekun qərar yoxdur.
Qurum rəsmisi onuda əlavə edib ki, hazırda layinənin ilkin mərhələsi ilə bağlı işlər yekunlaşsa da digər məsələlərlə bağlı müəyyən tədbirlər görülməldir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.