Xəzər Xəbər

Borcu olan abonentin su xətti kəsilə bilərmi? VİDEO

Veb TV | 20:50 • 5 Mart 2024
Borcu olan abonentin su xətti kəsilə bilərmi?

9-cu mərtəbədən axan su, birinci mərtəbəyə qədər gəlib.

Xezerxeber.az xəbər verir ki, kadrları binanın sakinləri çəkərək sosial şəbəkə hesablarında paylaşıblar.

Görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəndir. ''D'' yaşayış massivi 12, blok 6-da yaşayanlar sus səsini eşidib bloka çıxıblar.

Sakinlər iddia edir ki, 9-cu mərtəbədə 117-nömrəli mənzilin sahibinin suya borcu olduğu üçün onun su xətti kəsilib. Bu zaman su bloka axıb.

Qonşular bildirdi ki, həmin mənzildə bir nəfər yaşayır və səhər çıxıb-axşam gəlir. Sakinlər yaranmış vəziyyətdən narahatdırlar.

Bəs bu məsələ qanunla necə tənzimlənir?

Bir nəfərin borcuna görə suyu kəsilə bilərmi?

''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, borcu olan abonentə əvvəlcə bildiriş göndərilir. Borc məbləği artdıqda kəsilməsinə qərar verilir. O ki qaldı sözügedən hadisəyə...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti