Xəzər Xəbər

Milli Məclisdə Avropa Parlamenti ilə bağlı müzakirələr DAVAM EDİB VİDEO

Veb TV | 23:00 • 5 Mart 2024
Milli Məclisdə Avropa Parlamenti ilə bağlı müzakirələr DAVAM EDİB

Ölkədəki iki kino ittifaqı birləşdi, yeni sədr seçildi.

Xezerxeber.az xəbər verir ki, bu, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşməsi nəticəsində baş verib. Bu məqsədlə keçirilən konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılması, nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxil edilib.

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

Səsvermə ilə İttifaqın Nizamnaməsi, İdarə Heyəti təsdiq edilib. Yeni təşkilatın adı "Azərbaycan Kinematoqrafçılar İttifaqı" olub.  İdarə Heyətinin tərkibində Xalq artistləri Şəfiqə Məmmədova və Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 37 nəfərin adı var.

Yeni İttifaqa sədrlik etmək üçün Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib. O, çıxışında ölkənin kino sektorundakı hazırkı vəziyyətindən danışıb.

Xalq artisti ölkədə kino sahəsinin yenidən dirçələcəyinə ümid etdiyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti