Xəzər Xəbər

Azərbaycanda meyit donordan orqan götürülməsi mümkün olacaqmı? VİDEO

Veb TV | 21:40 • 3 Mart 2024
Azərbaycanda meyit donordan orqan götürülməsi mümkün olacaqmı?

Azərbaycanda ürək və ağ ciyər transplantasiyası əməliyyatlarının bu günə qədər icra oluna bilməməsinin səbəbi odur ki, meyit donordan orqan götürülməsi mümkün deyil.

Əvvəl bu qanunla tənzimlənmədiyindən mümkün olmurdu, hazırda isə qanun icazə versə də, insanlar bu məsələyə isti yanaşmır.

Xezerxeber.az-ın xəbərinə görə, Səhiyyə nazirliyinin  yanında  Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da olduqca çoxdur.

Yeganə Abbasova bildirib ki, bir xəstənin bir illik dializ müalicəsi  təqribən 16 min manatdır.

Xəstəyə böyrək köçürülməsi də eyni məbləğdir. Bu səbəbdən oqran köçürülməsinin tez baş tutması həm xəstənin ağrıdan qurtulmasına, həm də rəsmi qurumların iqtisadi cəhətdən xərclərinin azalmasına gətirib çıxaracaq.

Meyitin donor olması üçün isə beyin ölümü gerçəkləşməlidir. Əsas problem də elə budur. Ölkədə həkimlərin çoxu tərəfindən beyin ölümü gerçəkləşmiş xəstələrə "beyin ölümü" diaqnozu qoyulmur.

Koordinasiya Mərkəzi 1 ildir fəaliyyət göstərsə də bu müddət ərzində könüllü donor olmaq üçün sadəcə 30-a yaxın adam müraciət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024