Xəzər Xəbər

Bakıda yüzlərlə insanın istirahət etdiyi məkan məhv edilir - İDDİA VİDEO

Veb TV | 21:00 • 3 Mart 2024
Bakıda yüzlərlə insanın istirahət etdiyi məkan məhv edilir - İDDİA

Xətai rayonunda sakinlərin istirahət yeri məhv edilir.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu Gəncə pr. 105 ünvanından gedir. Bu barədə "Xəzər Xəbərə" ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar. Onların sözlərinə görə, ötən gün ərazidəki istirahət yeri dağıdılıb.

Sakinlər iddia edir ki, şirkətin tikinti aparmaq üçün lazımi sənədləri yoxdur. İddianı dəqiqləşdirmək üçün tikinti şirkəti ilə əlaqə yaratmağa çalışsaq da bu, mümkün olmadı.

Lakin məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən isə bildirildi ki, ərazi ilə bağlı Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən verilən, bütün normalara uyğun sənəd var.

O da qeyd edildi ki, sakinlərin narazılığına heç bir əsas yoxdur. Çünki, layihə üzrə həmin ərazidə tikintidən sonra müasir tipli gözəl park da salınacaq. Həmin park ərazidə yaşayan hər bir sakinin xidmətində olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar