Xəzər Xəbər

Bərdədə məcburi köçkün şəhərciyində sahibsiz küçə itləri qəsdən öldürülür? – RƏSMİ CAVAB VİDEO

Veb TV | 20:25 • 3 Mart 2024
Bərdədə məcburi köçkün şəhərciyində sahibsiz küçə itləri qəsdən öldürülür? – RƏSMİ CAVAB

Müxtəlif ərazilərdə öldürülmüş itlər heyvansevərlər tərəfindən kadrlara alınıb. Onların bəzilərinin isə yaralı olduğu görünür.

Xezerxeber.az xəbər verir ki, kadrlar Bərdədəndir.

Görüntüləri çəkənlər iddia edir ki, odlu silahla atəş açılmaqla heyvanlara qarşı insanlığa sığmayan hərəkətlər edilib. 

Heyvansevər Teymur Nəsirov "Xəzər Xəbər"ə bildirib ki, rayonun Həsənqaya kəndi ərazisində yerləşən məcburi köçkün şəhərciyində sahibsiz küçə itləri qəsdən öldürülür.

Heyvan sevər İlhamə Nəsirovanın sözlərinə görə, ötən il bir neçə dəfə bənzər hadisələr baş verib. Belə ki, itlər naməlum şəxs və ya şəxslər tərəfindən həmdə zəhərlənərək öldürülüb. Heyvan sevənlər sahibsiz küçə heyvanlarına diqqət və qayğını artırmaq və onlar üçün sığınacaq yaratmaq üçün yerli icra hakimiyyətindən torpaq sahəsi istəyirlər. Torpaq sahəsi ayrılan zaman könüllü heyvan sevənlər tərəfindən orada lazımı şərait yaradılacaq.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən bildirilib ki, sahibsiz küçə heyvanlarınım kütləvi öldürməsi faktı ilə  bağlı onlara heç bir məlumat verilməyib. Ümümiyyətlə Rayon ərazisində belə hadisə baş verməyib. Məsələ araşdırılmalıdır. 

Heyvan serverlərin sahibsiz heyvanlar üçün torpaq sahəsi ayrılması istəyinə isə İcra Hakimiyyətindən bildirilib ki, onlara edilən rəsmi müraciətdən sonra lazımı torpaq sahəsi ayrıla bilər. Sığınacağın yaradılması üçün digər köməkliklərin də göstəriləcəyi bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomateriala aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz.

https://youtu.be/OSESu5IKdwU

Xəbər lenti

Çox oxunanlar