Göygöldə toydan çıxan avtomobil qəzaya düşüb, nəticədə bir nəfər ölüb .
Xezerxeber.az hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşınları toqquşub. Hadisədən sonra avtomobillərdən biri yoldan çıxaraq hasara, qaz borusuna, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı xəsarətalan sürücüsü, 26 yaşlı Cavid Mürsəlov xəstəxanaya aparılarkən ölüb.
Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov Gəncədə xəstəxanaya, digər maşında olanlar - 22 yaşlı İdris Oorucov və 22 yaşlı Ələkbər Orucov xəsarət alaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Ruslan Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, qəzaya düşən maşın toydan qayıdırmış.
Bərdədə isə piyada vurulub. Şirvanlı kəndi ərazisində Elmir Mehdiyev idarə etdiyi yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 77 yaşlı Əziz Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki faktla bağlı istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.