Xəzər Xəbər

İlham Əliyev: Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır VİDEO

Veb TV | 21:00 • 2 Mart 2024
İlham Əliyev: Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

"Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı ölkənin bərpaolunan enerji potensialı və qarşıdakı hədəflər barədə məlumat verib.

Prezident İlham Əliyev Xəzər dənizində dayazlaşma məsələsinə də toxunub.

Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi "neft lənətinə" düçar olmamağı bacarıb.

Prezident İlham Əliyəv Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə də danışıb. Dövlət başçısı bildirib ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti