Xəzər Xəbər

Güzəştli ipoteka kreditlərinin şərtləri yumşaldılmalıdır VİDEO

Veb TV | 20:54 • 2 Mart 2024
Güzəştli ipoteka kreditlərinin şərtləri yumşaldılmalıdır

Güzəştli ipoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Naqif Həmzəyev deyib.

O hesab edir ki, xüsusilə universitetdə çalışan, elmi dərəcə ala bilməyən müəllimlərlə bağlı ipoteka şərtlərinə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, universitetlərdə çalışan və elmi dərəcə ala bilməyən müəllimlərə güzəştli ipoteka düşmür.

Millət vəkili bildirib ki, gənc ailələrə güzəştli ipoteka kreditləri üçün şərait yaradılıb, lakin 40 yaşına qədər olan ailələrin də güzəştli kredit şərtlərindən istifadə etməsi  üçün bir sıra güzəştlər olmalıdır.

“İpoteka şərtlərinə dəyişiklik edilməsi vacibdir”, - deyə deputat vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti