Xəzər Xəbər

Ağsu və Saatlıda ağır yol qəzaları baş verib VİDEO

Veb TV | 21:15 • 2 Mart 2024
Ağsu və Saatlıda ağır yol qəzaları baş verib

Ağsuda minik avtomobilinin aşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza ötən axşam Ağsunun Şahbəyli kəndi ərazisində baş verib.

33 yaşlı Vüsal Məlikov idarə etdiyi avtomobildə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Saatlıda isə minik avtomobili azyaşlını vurub.

Hadisə rayonun Qara Nuru kəndində baş verib. İmişli sakini Gündüz Hacıyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən kənd sakinini, 8 yaşlı Pəri Məmişovanı vurub. Azyaşlı aldığı xəsarətlardən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar