Xəbər verdiyimiz kimi, ana və oğul qətlə yetirilib.
Hadisə bu gün Salyan rayonunda baş verib. Belə ki, saat 16 radələrində rayonunun Pambıqkənd kəndi ərazisində 61 yaşlı Rahilə Əliyeva və onun oğlu 32 yaşlı Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
.Araşdırma zamanı 43 yaşlı Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Onuda qeyd edək ki, Ziya Əliyev ailəli olub və 4 övladı var. Hadisə baş verən zaman onlarda həmin evdə olublar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.