Ər və arvad qətlə yetirilib. Dəhşətli hadisə Salyan rayonunun Kərimbəyli kəndində baş verib.
Xezerxeber.az xəbər verir ki, kənd sakinləri 68 yaşlı İsrafil Məmmədov və onun həyat yoldaşı 61 yaşlı Münəvvər Məmmədova şəxsi təsərrüfatlarında ölü halda tapılıblar. Onların qətlə yetirildiyi bildirilir.
Məlumata görə, İsrafil Məmmədov uzun illər Salyan Rayon Mərkəzi xəstəxanasının polikilinika şöbəsinin müdiri işləib. Üç il olar ki, təqəüdə çıxan həkim yaşadığı rayonda kənd təsərrüfatı ilə məşğul olub. Onun istixana təsərrüfatı movcud olub. Elə qətl hadisəsi də həmin təsərrüfatda törədilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, onların evlərində üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.