Kamera ilə müəllimin arxasınca düşüb çəkmək olmaz.
"Məktəblərdə baş vermiş neqativ hadisələrin cinayət olub-olmamasını müəyyən edən nazirlik, məktəb, sosial şəbəkə istifadəçiləri və ya blogerlər deyil. Baş verən hadisələrə qiymət verən qurumlar hüquq-mühafizə orqanlarıdır".
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
Nazir sentyabr ayında fəaliyyətə başlayacaq Qarabağ Universitetində ilkin olaraq 1000 tələbənin təhsil alacağını, 70 müəllimin çalışacağını əlavə edib.
Nazir Emin Əmrullayev universitetlərdə tədris dili ingilis dili olan ixtisaslarda bu dili bilən müəllimlərin sayının az olması məsələsinə də toxunub. O, bu məsələdə tələbələri hüquqlarını müdafiə etməyə çağırıb.
Nazir həmçinin bildirib ki, növbəti tədris ilindən Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq.
Emin Əmrullayev onu da qeyd edib ki, məktəblərdə imtahanların sayı azaldıla bilər. Məsələ müzakirə mərhələsindədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.