Sərnişin taksi sifariş verərkən 2 ünvan qeyd edir. 1-ci ünvana çatdıqda isə orada avtomobildən enərək yoxa çıxır.
Xezerxeber.az-ın məlumatına görə, Bakıda taksidən istifadə edənlər arasında bu cür yeni fırıldaqlıq tendensiyası yaranıb.
Taksi sürücüsü işləyən şəxslərdən biri başına gələnlərlə bağlı sosial şəbəkədə paylaşım da edib.
Məlum olub ki, belə hallarla rastlaşan tək bu şəxs deyil. Çünki apardığımız sorğu zamanı başqa sürücülər də oxşar problemlə üzləşdiklərini bildirdilər.
Hüquqşünas Şamil Paşayev bildirir ki, belə halların qarşısının alınması üçün taksi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq polisə məlumat verməlidirlər. Əks halda, sözgüdən dələduzluq növü ilə məşğul olanların sayı arta bilər.
Bəs bu şəxsləri hansı cəza gözləyir?
Hüquqşünasın sözlərinə görə, bu cür hallarda taksi sürücülərinə dəyən ziyanı həmin taksi şirkəti ödəməlidir.
Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan hallarla bağlı polis orqanlarına müraciət daxil olduqda müvafiq araşdırmalar aparılır. Tövsiyə edilir ki, taksi sürücüləri qarşılaşdıqları bu hallarla bağlı məlumat versinlər. Bu, həmin hadisələrin qarşısının alınması istiqamətində qabaqlayıcı rol oynaya bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.