Yasamal rayonu ərazisində quruyan ağaclar kəsilir, yol kənarında uzun illər fəaliyyət göstərən iaşə obyektləri isə sökülür.
Xezerxeber.az-ın məlumatına görə, buradaki iaşə obyektlərinin əksəriyyəti məcburi köçkünlərə məxsusdur. Obyekt sahibləri iddia edirlər ki, söküntü işləri barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
Yasamal Rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin rəhbəri Vüsal Hüseynov isə bildirib ki, buradakı obyektlərin qarşısındakı artırmalar və kababxanalar ərazidə yaşayanların səki ilə hərəkətinə mane olur. Həmçinin ərazidə yaşayan sakinlər mütəmadi olaraq heyvanların azyaşlı uşaqların gözü qarşısında kəsilməsindən, kababxanaların tüstü qoxusundan şikayət edirlər.
Qeyd edək ki, burada satılan ət və kababın qiyməti digər ərazilərdən fərqlənirdi. Bu səbəbdən də müştəriləri bol idi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.