Xəzər Xəbər

Ətin qiyməti ilə bağlı YENİ XƏBƏR VİDEO

Veb TV | 14:15 • 29 Fevral 2024
Ətin qiyməti ilə bağlı YENİ XƏBƏR

Son vaxtlar ətin qiyməti enib. Bu ucuzlaşma xüsusilə bölgələrdə müşahidə edilir.

Xezerxeber.az xəbər verir ki, qiymətləri və səbəbləri daha ətrtaflı öyrənmək üçün bölgələrdə ət satılan mağazalara üz tutduq. Şəkidə yerləşən qəssab mağazalarının satıcıları deyirlər ki, 5 ay əvvəl ilə müqayisədə ətin qiymətində xeyli fərq var.

Satıcılar bildirir ki, bazarda heyvan bol olduğu üçün bu, qiymətlərə də təsir edir.

Bərdənin heyvan bazarında da ucuzlaşma olduğu deyilir. Heyvan bazarına gələn qəssablar da bu fikri təsdiqləyirlər.

Heyvan alqı-satqısı ilə məşğul olan şəxslər də qiymətlərin ucuzlaşdığını bildirirlər.

Satıcılar onu da qeyd edir ki, ətin qiyməti ucuzlaşdığı üçün əhali arasında alıcılıq qabiliyyəti artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti