Mobil telefonunu satmaq istəyənlərin şəxsi məlumatları oğurlana bilər.
Xezerxeber.az xəbər verir ki, smartfonun yaddaşında şəxsi məlumatlar mövcud olduğu üçün, onu satmaq, kiməsə hədiyyə etmək doğru hesab edilmir. Bir sıra insanlar mobil telefonlarını satan zaman yaddaşını təmizləyir və şəxsi məlumatları silir. Ancaq onu da bilmək lazımdır ki, bu bilgilər xüsusi proqramlar vasitəsilə geri qaytarıla bilir.
Bəs ikinci əl mobil cihazların alış-verişi ilə məşğul olanlar telefonların yaddaşını necə təmizləyir?
Ekspertlər isə düşünür ki, bu kifayət qədər təhlükəsiz deyil. Şəxsi məlumatların olduğu İT avadanlıqlarını satışa çıxardıqda, onların yaddaş qurğularını çıxartmaq lazımdır. Yox əgər bu mümkün deyilsə, həmin cihaz köhnəldiyi zaman məhv etmək daha məqsədəuyğundur. Komputerlərdə yaddaş qurğusunu asan bir formada cihazdan ayırmaq olsa da, smartfonlarda bu proses cihazın quruluş və strukturuna görə kifayət qədər bahalı bir əməliyyatdır. Ona görə də bunu həyata keçirmək səmərəli bir seçim deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.