Zabratda evlərin birində iri çatlar əmələ gəlib.
Ev sahibi iddia edir ki, səbəb yaxınlıqdakı zavodun çirkab su quyusunu düz onun evinin yaxınlığında qazmasıdır. Nəticədə həmin su bəzən zirzəmini də doldurur.
Söhbət Zabrat qəsəbəsi, Oktyabr küçəsi ev 46 ünvanından gedir. Evin sahibi Şahin Kənani iddia edir ki, onun evinin bu vəziyyətə düşməsinin səbəbi yaxınlıqda yerləşən ''Zabrat Maşınqayırma'' zavodudur.
Həmin zavodun rəhbərliyinin göstərişi ilə zavod ərazisində, yəni ev ilə zavodu ayıran divarın düz yanında vaxtilə qazıntı işləri aparılıb, çirkab suların axıntısı üçün quyu qazılıb. İndi həmin hissədə torpaq yatağı boşaldığı üçün onun mənzilinin zirzəmisinə su dolur.
Ev sahibi deyir ki, zabod rəhbərliyi bu barədə məlumatlıdır. Bununla belə, problem həll edilmir.
Şahin Kənani deyir ki, faktiki olaraq onun maddi durumu bu məsələnin həll edilməisnə imkan vermir. Üstəlik nəmişlik səbəbindən onun övladları da tez-tez xəstələnir. O həmçinin çat səbəbindən gələcəkdə evinin uça biləcəyindən narahatdır.
Məsələ ilə bağlı ''Zabrat Maşınqayırma'' ASC-yə getdik. Mühafizəçiləri bizi içəri buraxmadılar və rəhbərliyin orada olmadığını dedilər. Daha sonra zavodun direktoru Oruc adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.